AZ

Rekord yeniləndi

İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqada mövsümə uğurlu start verib.

 

Sportnet.az xəbər verir ki, "qırmızı şeytanlar" 22-ci dəfə çempionata qələbə ilə başlayıb.

 

Mançesterlilər “Fulhem”i 1:0 hesabı ilə məğlub edib. “Old Trafford”dakı qələbə qoluna Coşua Zirkzee imza atıb. Beləliklə, klub öz rekordunu yeniləyib.

 

İlk turdakı qələbə sayında ikinci nəticə “Çelsi”yə məxsusdur – 20. “Arsenal” və “Liverpul” 18 dəfə Premyer Liqaya qələbə ilə başlayıb.

 

Qeyd edək ki, son çempion “Mançester Siti” 15 qələbə ilə 5-cidir.


Seçilən
1
1
sportnet.az

2Mənbələr