AZ

Atanqana "Qəbələ" ilə vidalaşdı

"Qəbələ" kamerunlu futbolçu Kristof Atanqana ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
 
24 yaşlı qapıçı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 2021-ci ilin iyulundan komandada çıxış edən Atanqana "qırmızı-qara" formada 36 matç keçirib. Kristof Premyer Liqada 24, Azərbaycan kubokunda 10, Konfrans Liqasında 2 oyunda iştirak edib.
 
Qeyd edək ki, Atanqana "Qəbələ" ilə 2022/23 mövsümündə Azərbaycan kubokunun qalibi olub.

Seçilən
60
18
sport24.az

10Mənbələr