Xəbər verdyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Manset.az-ın məlumatına görə, dövlət başçısının Sərəncamı ilə təltif edilən DSX hərbçiləri arasında 7 qadın var. Onlardan polkovnik Şərifova Maya Kərəm qızı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Polkovnik Muradova Pərvanə Şamil qızı və mayor Abbasova Xəyalə Kamil qızı isə “Vətən uğrunda” medalı ilə mükafatlandırılıblar. Məmmədova Günay Xaliq qızı – mayor; Dadaşova Gültac Vahid qızı – kapitan; Fərhadova Yeganə Ziyad qızı – kapitan; Əsgərova Sevda Rasif qızı – baş gizir.