AZ

PSJ 28 ildən sonra tarixi hadisəni təkrarladı

"Havr"la qarşılaşan PSJ-nin üç qoluna oyuna sonradan daxil olan futbolçular imza atıb.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, Usman Dembele, Bredli Barkolya və Rendal Kolo-Muani matça ehtiyatda başlasalar da, meydana çıxdıqdan sonra qol sevinci yaşayıblar. Liqa1-in I turunda yaşanan bu hadisə PSJ-nin tarixində ikinci dəfə qeydə alınıb.

1996-cı il sentyabrın 3-də "Monpelye"ni 3:0 hesabı ilə məğlub edən parislilərin hər üç qolunu əvəzetmədən oyuna çıxanlar vurub. Həmin vaxt Xulio Deli Valdes, Leonardo və Loran Furnye fərqlənib.

Qeyd edək ki, PSJ ilk turda 4:1 hesablı qələbə qazanıb.


Seçilən
1
3
news24.az

4Mənbələr