Çinin cənub-qərbindəki Yunnan əyalətindəki Qutu kömür mədənində baş vermiş qəza nəticəsində azı 3 şaxtaçı ölüb, daha 3 nəfər itkin düşüb.
Publika.az xəbər verir ki, Pekin vaxtı ilə saat 05:40-da Santao kəndindəki mədəndə qaya uçub. Hadisə qaz sızması ilə müşayiət olunub.
Şaxtada axtarış-xilasetmə işləri başlayıb.