AZ

İlkay Gündoğan "Barselona"dan bunu istədi

"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan klub rəhbərliyinə karyerasını başqa yerdə davam etdirmək istədiyini bildirib.

Sportnet.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Xəbərə görə, baş məşqçi Hans-Diter Flik və idman direktoru Deko 33 yaşlı futbolçunun komandanı tərk etmək planlarından artıq xəbərdardır.

Gündoğan La Liqanın 1-ci turunun "Valensiya" ilə matçında heyətdə yer almayıb.

Gündoğanın xidmətində Səudiyyə Ərəbistanı və Türkiyə klublarının maraqlı olduğu bildirilir.


Seçilən
1
1
sportnet.az

2Mənbələr