AZ

"İran hakimiyyətinə inanmaq hələ tezdir" - Tehranın riyakarlığı ilə bağlı MARAQLI MƏQAMLAR

İran yenə ikili oyun oynayır. Belə ki, İran prezidenti ərazi bütövlüyümüzlə bağlı başqa açıqlama verir, İranın Ermənistandakı səfiri isə tam fərqli səpkidə fikirlər səsləndirir. Necə ola bilər ki, İran Prezidenti İbrahim Rəisi 9 noyabrda Daşkənddə azərbaycanlı həmkarı İlham Əliyevlə görüş zamanı Azərbaycanın uzun illərdən sonra öz ərazi bütövlüyünün təmini, Qarabağın yenidən Azərbaycana qovuşması münasibətilə dövlət başçımızı təbrik edir, bundan bir gün sonra İranın Ermənistandakı səfiri Mehdi Sübhani öz prezidentinin söylədiklərinin əksini bildirib?

Mövzunu "MediaPost"a şərh edən politoloq Sədrəddin Soltan bildirib ki, Tehran hakimiyyəti ikiüzlülüyünü bir daha nümayiş etdirib: Bu, ilk hal deyil. Əvvəllər də buna bənzər hadisələr yaşanıb. Yəni rəhbərlik bir cür, onun təbliğat maşını isə tam fərqli çıxış edib. Odur ki, İran səfirinin çıxışı ilə İbrahim Rəisinin bəyanatı arasındakı təzad Tehran rejiminin sifətinin göstəricisidir.

alt

İran hakimiyyəti ermənilərin Qarabağda öz müqəddaratını təyinetmə hüququndan danışır. Bu, çox cəfəng və absurd iddiadır. Çünki bu məsələ Azərbaycan tərəfi üçün çoxdan bitib. Hətta Ermənistan hakimiyyəti Qarabağı Azərbaycanın ərazisi hesab edir. Ermənilərlə bağlı məsələni isə rəsmi Bakının ixtiyarına buraxıb. Həmçinin beynəlxalq ictimaiyyət də bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir. İran hakimiyyətinin təmsilçilərinin fikirlərini isə separatçılıq kimi dəyərləndirmək mümkündür. Hərçənd İranda öz milli haqqlarını tələb edən soydaşlarımızı separatçılıqla damğalayırlar. Odur ki, Sübhaninin çıxışı və Rəisinin bəyanatı ikiüzlülükdür. Bu, onu göstərir ki, Tehran hakimiyyəti real mövqedən çıxış etməyə çalışmır. Tehran hakimiyyəti Fransanın və digər qüvvələrin anti-Azərbaycan təbliğatına qoşulub. Bununla da Ermənistanın Azərbaycana qarşı olan iddialı çıxışlarını və mövqeyini dəstəkləyir. Bu isə İrana olan etibar və etimadı azaldır. İran hakimiyyətinə inanmaq hələ tezdir".

Müşviq Tofiqoğlu

Seçilən
879
50
mediapost.az

10Mənbələr