AZ

Rusiya çempionu dopinqə görə cəzalandırılıb

Ağırlıqqaldırma üzrə Rusiya çempionu Xas-Maqomed Balayev iki il müddətinə diskvalifikasiya edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Antidopinq Agentliyi (RUSADA) məlumat yayıb.

O, dopinqə görə cəzalandırılıb. İdmançının dopinq nümunəsində qadağan olunmuş maddə aşkarlanıb.

Qeyd edək ki, Balayev 2022-ci ildə Rusiya çempionu olub. O, 2020 və 2021-ci illərdə gümüş mükafat qazanıb.

Seçilən
12
6
operativmm.az

9Mənbələr