AZ

Tyerri Anri Fransa millisinin baş məşqçi postunu tərk edib

Tyerri

Bakı, 19 avqust, AZƏRTAC

Keçmiş hücumçu Tyerri Anri 21 yaşadək futbolçulardan ibarət Fransa millisinin baş məşqçi postunu tərk edib.

AZƏRTAC xəbər verir ki, 47 yaşlı mütəxəssis şəxsi səbəblərə görə bu addımı atdığını bildirib.

Onun rəhbərlik etdiyi komanda “Paris-2024” Yay Olimpiya Oyunlarında İspaniya seçməsinə 3:5 hesabı ilə uduzaraq gümüş medala yiyələnib. Bu mükafatın karyerasının ən böyük nailiyyətlərdən biri olduğunu vurğulayan T.Anri bu təcrübəyə görə federasiyaya, oyunçulara və azarkeşlərə təşəkkür edib.

Seçilən
15
3
azertag.az

10Mənbələr