AZ

Qrant müsabiqəsinə 112 layihə təklifi daxil olub

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu yekunlaşıb.

Elm və Təhsil Nazirliyindən Demokrat.az-a bildirilib ki, müsabiqəyə ümumilikdə 112 layihə təklifi daxil olub. Hazırda layihələrin ekspertiza və qiymətləndirilməsi prosesi həyata keçirilir.

Qrant müsabiqəsinin gedişatı ilə bağlı məlumatlar Elm və Təhsil Nazirliyinin internet resursları vasitəsilə yayımlanacaq.

Seçilən
108
2
demokrat.az

10Mənbələr