“Ukrayna Silahlı Qüvvələri bu gün baş verən hücumlarına görə terrorçulara mütləq cavab verəcək”.Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelesnki özünün “teleqram” kanalında deyib.O, bildirib ki, bu gün Rusiya arsenalında olan demək olar ki, hər şeyi ilə Ukraynanı vurdu.“Təəssüf ki, atışma nəticəsində ölən və yaralananlar var. Bütün xidmətlər gücləndirilmiş iş rejimində işləyir və insanlara lazımi köməklik göstərilir. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirəm. Terrorçulara hücumlarına görə mütləq cavab verəcəyik. Biz isə ölkəmizin, hər bir şəhərimizin, bütün xalqımızın təhlükəsizliyini təmin etmək üçün mübarizə aparacağıq. Rusiya bu müharibədə uduzmalıdır və məhz belə olacaq”, - deyə siyasətçi vurğulayıb.Qeyd edək ki, dekabrın 29-na keçən gecə və səhər saatlarında rus qoşunları Ukrayna şəhərlərinə kütləvi hücuma keçərək, raket və pilotsuz təyyarələrlə kritik və mülki infrastruktura hücum edib. Ukrayna hakimiyyətinin məlumatına görə, nəticədə Kiyev, Xarkov, Dnepr, Lvov, Odessa, Zaporojye və Konotop şəhərlərində yaşayış binaları və dövlət müəssisələri zərər görüb. İlkin məlumatlara görə, 16-dan çox dinc sakin həlak olub, 100-ə yaxın insan isə yaralanıb.Daşqın HəsənovMissiya.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta