AZ

Naxçıvanda hakimlər üçün seminar keçirilir

Naxçıvanda hakimlər üçün seminar keçirilir. Sport24.az xəbər verir ki, tədbir AFFA və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilir. 
 
Seminara AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev, fitnes məşqçisi Namik Quliyev, Hakimlər Departamentinin mütəxəssisi Bəxtiyar Osmanov və Hakimlər Komitəsinin üzvü Anar Salmanov rəhbərlik edirlər. Ömər Paşayev strukturun yaradılması, yeni hakimlərin cəlb edilmə strategiyası, Anar Salmanov teoretik və praktik dərslər, Namik Quliyev fiziki hazırlıq, Bəxtiyar Osmanov isə yarışların idarəetmə sistemi, qeydiyyat və istifadə qaydası ilə bağlı məlumat verirlər.
 
Seminara avqustun 22-də yekun vurulacaq.

Seçilən
139
11
sport24.az

10Mənbələr