AZ

Bahadur Həziyev xəstəlikdən vəfat etdi - FOTO

Yunan-Roma güləşi üzrə ölkə çempionu, əməkdar məşqçi Bahadur Həziyev vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Federasiyanın yaydığı xəbərdə bildirilir: 

“Azərbaycan güləş ailəsi ağır itkiylə üzləşib. Yunan-Roma güləşi üzrə ölkə çempionu, əməkdar məşqçi Bahadur Həziyev bu gün 52 yaşında uzun müddət davam edən xəstəlikdən dünyasını dəyişib.

Azərbaycan Güləş Federasiyası mərhumun ailə üzvlərinə və bütün güləş ictimaiyyətinə dərin hüznlə başsağlığı verir”.


Telegram kanalımız
Seçilən
754
50
yenisabah.az

10Mənbələr