AZ

Çempionlar Liqası: "Qarabağ" səfərdə "Dinamo"ya uduzdu

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" Xorvatiyada Zaqreb "Dinamo"sunun qonağı olub.

Sportnet.az xəbər verir ki, "Maksimir" stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar.

Görüşdə hesabı 29-cu dəqiqədə Marko Pyatsa açıb. 75-ci dəqiqədə Sandro Kulenoviç fərqi iki topa çatdırıb. 5 dəqiqə sonra daha bir qol vuran Kulenoviç dubl müəllifi olmaqla görüşdə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.


Seçilən
29
50
sportnet.az

10Mənbələr