AZ

ABŞ Haitinin keçmiş prezidentinə sanksiya tətbiq edib

ABŞ

Vaşinqton, 21 avqust, AZƏRTAC

ABŞ Haitinin keçmiş prezidenti Mişel Martellinin adını sanksiya siyahısına daxil edib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb. Bildirilir ki, sanksiya sabiq dövlət başçısının qlobal narkotik vasitə ticarətindəki roluna görə tətbiq edilib. Məlumata əsasən, Martelli qeyri-leqal narkotik maddə ticarətini asanlaşdırmaq üçün öz səlahiyyətlərindən istifadə edib və Haitidə yerləşən dəstələri maliyyələşdirib. Bu isə Haitidə siyasi qeyri-sabitliyə və təhlükəsizliyin pozulması ilə nəticələnib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
14
3
azertag.az

4Mənbələr