AZ

"Qarabağ"da növbəti ciddi itki

"Qarabağ"ın daha bir futbolçusu Bakıda Xorvatiyanın "Dinamo" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu buraxacaq.

 

Sportnet.az xəbər verir ki, Azərbaycan çempionunun aparıcı yarımmüdafiəçisi Julio Romao cəzalı duruma düşüb.

 

Braziliyalı oyunçu "köhlət atlar"ın ötən gün rəqibinə 0:3 hesabı ilə uduzduğu görüşdə sarı vərəqə alıb. Bu, onun mövsümdə 3-cü xəbərdarlığı olub. 

 

Marko Yankoviç və Marko Veşoviç də zədə səbəbindən sözügedən qarşılaşmada iştirak edə bilməyəcək.

 

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.


Seçilən
2
44
sportnet.az

10Mənbələr