AZ

“Sumqayıt” 1300, “Kəpəz” 700 manat cərimələndi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

 

Sportnet.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının III turunda baş verənlərlə bağlı qərarlar verilib.

 

“Kəpəz” – “Turan Tovuz” oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə klubu 700 manat cərimə edilib.

 

Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibləri 800 manat cərimələnib. Bu matçda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Sumqayıt” 500 manat ziyana düşüb.


Seçilən
37
2
sportnet.az

10Mənbələr