AZ

"Araz-Naxçıvan"ın ikinci sınağı

"Araz-Naxçıvan" bu gün futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində ikinci matçına çıxacaq.

 

Sportnet.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda B qrupunda Estoniya çempionu “Sillamae Silla” ilə üz-üzə gələcək.

 

İsveçin Uddevalla şəhərində gerçəkləşəcək görüşün start fiti Bakı vaxtı ilə saat 18:00-da səsləndiriləcək.

 

Qeyd edək ki, ilk oyunda Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”ı 7:1 hesabı ilə məğlub edən Vitali Borisovun baş məşqçisi olduğu kollektiv avqustun 24-də İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.


Seçilən
22
50
sportnet.az

10Mənbələr