UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” komandaları arasında görüşdə hesab açılıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Nikosiyada yerləşən GSP stadionunda keçirilən qarşılaşmanın 13-cü dəqiqəsində rəqibin heyətində Euandro fərqlənib.
Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edəcək.
21:01
UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Zirə” və Kiprin “Omoniya” komandaları arasında görüş başlayıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Nikosiyada yerləşən GSP stadionunda keçirilən qarşılaşma saat 21:00-da start götürüb.
Oyunu Estoniyadan olan hakimlər briqadası idarə edir.
Komandalar arasında cavab matçı bir həftə sonra Bakıdakı “Liv Bona Dea Arena”da oynanılacaq.
Mənbə: AZƏRTAC