AZ

Avropa Kuboku: Azərbaycanın kişilərdən ibarət millisi məğlub oldu

Azərbaycanın 3×3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayıb.

KONKRET.az xəbər verir ki, yığma C qrupundakı ilk matçında Niderlandla üz-üzə gəlib.

Komandamız “narıncılar”a 9:21 hesabı ilə məğlub olub.

Millinin növbəti sınağı sabah meydan sahiblərinə qarşı olacaq. Görüş saat 19:15-də start götürəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutanlar növbəti raunda yüksələcəklər.

Seçilən
49
8
konkret.az

10Mənbələr