Daxili İşlər Nazirliyi (DİN) işğaldan azad edilmiş ərazilərə buraxılan şəxslərə müraciət edib.
Müraciətdə işğaldan azad edilmiş ərazilərə buraxılan şəxslərin aşağıdakı tələblərə riayət etmələri vurğulanıb:
- şəxsiyyəti təsdiq edən sənəd daim üzərində olmalı;
- sənədlərin, şəxsi əşyaların və avtomobilin baxış üçün təqdim olunması və s. haqda polis əməkdaşının qanuni göstərişləri yerinə yetirilməli;
- avtomobildə yaranmış texniki nasazlıq, üzləşdiyi qəza, yanğın, partlayış və digər hadisələr, tapılan silah, sursat, partlayıcı maddə və başqa əşyalar barədə dərhal DİN-in "102" Xidmətinə məlumat verilməli;
- əvvəlcədən müəyyən olunmuş marşrutdan yayınmamalı və alternativ yollarla hərəkət etməməli;
- mənşəyi məlum olmayan əşyalara toxunmamalı;
- hərbi texnikanın və hərbi obyektlərin video və foto çəkilişini aparmamalı;
- hər-hansı şəxsdən bağlama, çanta və mənşəyi məlum olmayan əşya qəbul etməməli; aidiyyəti orqanların razılığı olmadığı halda çadır qurmamalı, tonqal qalamamalı, su hövzəsinə daxil olmamalı;
- hərəkət marşrutu üzrə və olduğu ərazilərdə təmizliyə riayət etməli, məişət tullantılarını urnalardan kənara atmamalı;
- gəldiyi ərazidə icazə verilmiş vaxtdan artıq qalmamalı (gecələməməli);
- əraziyə spirtli içki, psixotrop, tezalışan və partlayıcı maddələr, hər hansı növ silah aparmamalı;