AZ

"Səbail"dən dörd cavabsız qol

Azərbaycan Premyer Liqasında IV turun görüşləri start götürüb.

 

Sportnet.az xəbər verir ki, ilk oyun günü bir qarşılaşma keçirilib.

 

"Bayıl Arena"da keçirilən matçda "Səbail" "Kəpəz"i qəbul edib. Meydan sahiblərinin 4:0 hesabı ilə qalib gəldiyi matçda hesabı 12-ci dəqiqədə Fərid Nəbiyev açıb. 34-cü dəqiqədə Gitay Sofir fərqi iki topa çatdırıb. İkinci hissənin əvvəlində  Ayman Bouali gəncəliləri növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Qarşılaşmada yekun nəticəni isə 54-cü dəqiqədə fərqlənən Suleyman Alluş müəyyənləşdirib. 

 

Qeyd edək ki, turun digər qarşılaşmaları 24 və 25 avqustda keçiriləcək.


Seçilən
53
13
sportnet.az

10Mənbələr