AZ

Botsvanada 2492 karat ağırlığında almaz tapılıb

Botsvanada 2492 karat ağırlığında almaz tapılıb

Botsvanadakı mədəndə ən böyük almaz aşkar edilib. Yumruq boyda daşı ölkə prezidenti Mokgvitsi Masin dünyaya nümayiş etdirib.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, almaz paytaxt Qaboronedən şimalda yerləşən Karove mədənində Kanadanın “Lucara Diamond Corp” şirkəti tərəfindən hasil edilib. “Lucara”nın açıqlamasında bildirilib ki, daş zədələnməmiş vəziyyətdədir və çəkisi 500 qramdır. O, böyük və qiymətli almazların axtarışı üçün nəzərdə tutulmuş rentgen texnologiyasından istifadə edilərək aşkar edilib.

Rəsmi şəxslər bildiriblər ki, almazı qiymətləndirmək və ya onun necə satılacağı barədə qərar vermək hələ çox tezdir.

Mənbə: AZƏRTAC

Seçilən
105
5
ilk.az

6Mənbələr