AZ

İşğaldan azad olunan bölgələrdə sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər keçirilir

İşğaldan azad olunan bölgələrdə sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər keçirilir

Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər keçirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həmin ərazilərdə yaşayan, işləyən və səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı, sanitariya-gigiyena tələbləri izah edilir, məlumatlar verilir. Qaydalara əməl etməyən şəxslərlə bağlı inzibati tənbeh tədbirləri görülür.

“Bir daha vətəndaşlarımızdan xahiş edirik ki, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq antisosial, xoşagəlməz əməldir, qanunla qadağandır, inzibati məsuliyyət yaradır”, - deyə nazirliyin məlumatında bildirilib.

Mənbə: AZƏRTAC

Seçilən
4
41
ilk.az

10Mənbələr