AZ

Boksçularımız Rusiyada beynəlxalq turnirə qatılacaqlar

Azərbaycan boksçuları Rusiyanın Çita şəhərində gənclər arasında keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.

Azərbaycan Boks Federasiyasından Sportnet.az-a verilən məlumata görə, 5 gün davam edəcək yarışda baş məşqçi Elbrus Rzayev və məşqçi Yadigar Məmmədovun rəhbərliyi ilə yığmanın 5 üzvü mübarizə aparacaq.

Bilalhəbaşi Nəzərov (48 kiloqram), Zidan Hümbətov (54 kiloqram), Ömər Aslanlı, Tağı Nəsibov (hər ikisi 57 kiloqram) və Məhəmmədəli Qasımzadə (60 kiloqram) qüvvəsini sınayacaq.

Avqustun 25-də start götürəcək turnirə ayın 30-da yekun vurulacaq. Artıq səfərə yollanan milli komanda avqustun 31-də Vətənə qayıdacaq.


Seçilən
1
8
sportnet.az

10Mənbələr