AZ

BQXK rəhbəri: “HƏMAS girovluğunda olanlarla görüş üçün əlimizdən gələni edirik”

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) radikal HƏMAS hərəkatının girov götürdüyü şəxslərlə görüş üçün əlindən gələni edir.Gununsesi.info xəbər verir ki, bunu BQXK-nın prezidenti Miryana Spolyariç deyib.Onun sözlərinə görə, girovların saxlanması beynəlxalq humanitar hüquqla qadağandır. “Biz onların buraxılması üçün təzyiqləri davam etdiririk”, – M.Spolyariç Cenevrədə verdiyi bəyanatda bildirib.O, komitənin təkbaşına bunu edə bilməyəcəyini vurğulayıb. Komitə rəhbərinin sözlərinə görə, BQXK-ya bu işi təhlükəsiz həyata keçirməyə imkan verəcək razılaşmalar əldə edilməlidir, humanitar təşkilat girovlar arasında uşaqların, qocaların, əlillərin və digər həssas insanların olmasından çox narahatdır.BQXK-nın məlumatına görə, noyabrın 14-də M.Spolyariç komitənin qərargahında girovların ailələri, İsrailin xarici işlər və səhiyyə nazirləri ilə görüşəcək.Gununsesi.info

Seçilən
99
25
gununsesi.info

10Mənbələr