AZ

Qazaxıstan neft hasilatını 105 milyon tona çatdırmağı planlaşdırır

Qazaxıstan neft hasilatını 105 milyon tona çatdırmağı planlaşdırır

Qazaxıstan 2029-cu ilədək neft hasilatını 104,8 milyon tona çatdırmaq niyyətindədir.

AZƏRTAC Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə milli iqtisadiyyat naziri Nurlan Baybazarov bildirib.

"Neft hasilatının həcmi 2025-ci ildəki 97,2 milyon tondan 2029-cu ildə 104,8 milyon tona yüksələcək", - deyə nazir hökumətin iclasında söyləyib.

Qeyd edək ki, 2024-cü ildə Qazaxıstan 90,3 milyon ton neft hasil etməyi planlaşdırır.

Astana

Mənbə: AZƏRTAC

Seçilən
82
3
ilk.az

6Mənbələr