"Barselona" klubu azərbaycanlı qapıçı Eldar Tağızadə ilə bağlı yeni qərar verib.
Publika.az xəbər verir ki, Kataloniya klubu avqustun 11-də müqavilə imzaladığı 21 yaşlı qolkiperi icarəyə göndərib. Tağızadə cari mövsümü İspaniyanın dördüncü divizionunda çıxış edən "Tudelano"da keçirəcək.
Qeyd edək ki, Eldar Tağızadənin "Barselona" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına kimidir. O, "Barsa"nın ikinci komandasında çıxış etməli idi.