AZ

“Paris-2024”: Azərbaycanın paraatıcısı finala vəsiqə qazana bilməyib

“Paris-2024”:

Bakı, 30 avqust, AZƏRTAC

Azərbaycanın paraatıcısı Kamran Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

AZƏRTAC xəbər verir ki, P1 kateqoriyasında çıxış edən idmançı 10 metr məsafəyə atəşaçma yarışında qüvvəsini sınayıb. Yarışda 559 xal toplayan K.Zeynalov 26 iştirakçı arasında 13-cü yeri tutub. O, bu nəticə ilə final mərhələsinə vəsiqə qazana bilməyib.

Təmsilçimiz sentyabrın 4-də P4 kateqoriyasında 50 metr məsafəyə atəşaçmada da bacarığını nümayiş etdirəcək.

Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində ötən gün parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.

Seçilən
87
5
azertag.az

6Mənbələr