AZ

Premyer Liqa: "Turan Tovuz"dan növbəti qələbə

Azərbaycan Premyer Liqasında V tura start verilib.

Sportnet.az xəbər verir ki, günün ilk matçı Tovuz şəhər stadionunda keçirilib.

Doğma meydanda "Səbail"i qəbul edən "Turan Tovuz" minimal hesablı qələbə qazanıb. Yeganə qolu 33-cü dəqiqədə Alexandro Serrano vurub.

Bu qələbə sayəsində qərb təmsilçisi xallarının sayını 13-ə çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib.

Günün son matçında "Sumqayıt" "Araz-Naxçıvan"ın müqavimətini qırmağa çalışacaq. Bu görüşün start fiti saat 20:00-da səslənəcək. "Gənclik şəhəri" təmsilçisi 6 xalla 5-ci, qonaqlar 4 xalla 8-cidir.


Seçilən
82
10
sportnet.az

10Mənbələr