AZ

"Tottenhem" onu göndərdi

style='margin-bottom:10px;'>

"Tottenhem"in yarımmüdafiəçisi Covani Lo Selso karyerasını "Betis"də davam etdirəcək.

QOL.az xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin saytı məlumat yayıb. "Tottenhem" 28 yaşlı futbolçunu 5 milyon avroya satıb. La Liqa klubu Lo Selso ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.

Lo Selso daha əvvəl 2018/19 mövsümündə PSJ-yə məxsus olarkən icarə əsasında "Betis"də çıxış edib. 

Qeyd edək ki, 2023/24 mövsümündə Lo Selso bütün yarışlarda 24 oyun keçirib, 2 qol vurub və 2 qolun ötürməsini verib.

Seçilən
178
50
teleqraf.com

10Mənbələr