Amerikanın Milli Futbol Liqasında (NFL) çıxış edən “San-Fransisko 49ers”in oyunçusu Riki Pirsall sinəsindən güllə yarası alıb.“BBC Sport” xəbər verir ki, hadisə şənbə günü baş verib.Şəhərin “Yunion” meydanında qeydə alınan insidentdən sonra “San-Francisco 49ers”in 23 yaşlı oyunçusu sinəsindən güllə yarası alıb. Dərhal xəstəxanaya çatdırılan R.Pirsallın durumu ciddidir.San-Fransisko polisi hadisəni törədən 17 yaşlı şəxsi həbs edib.İlkin istintaqa əsasən, silahlı şəxs “San-Francisco 49ers”in oyunçusunu soymağa cəhd etdiyi zaman müqavimətlə üzləşib. Nəticədə həm şübhəli şəxs, həm də oyunçu xəsarət alıb.Qeyd edək ki, R.Pirsall çiynindəki zədəsini yenicə sağaldıb məşqlərə qoşulmuşdu.
Facebook-da paylaş
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta