AZ

“Araz-Naxçıvan”da afrikalı futbolçu

“Araz-Naxçıvan” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Naxçıvan təmsilçisinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 29 yaşlı mərkəz müdafiəçisi İssuf Paro bu gün tibbi müayinədən keçib və onunla 1 illik müqavilə imzalanıb.

Burkina Fasodan olan oyunçu karyerasına vətənində “Ouaqaduqu” klubunda başlayıb və müxtəlif illərdə Cənubi Afrikanın “Santos”, Fransanın “Nyor” və “Konkarno” komandalarında çıxış edib.


Seçilən
13
20
sportnet.az

10Mənbələr