AZ

Azər Bağırovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” komandasında yeni baş məşqçi Azər Bağırovun köməkçiləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, gənc mütəxəssisə Rakif Əliyev (analitik məşqçi), Araz Bağırov, Zaur Əsədov və Vüqar Məmmədov (qapıçılar üzrə məşqçi) kömək edəcəklər.

Xatırladaq ki, “Kəpəz” Azər Bağırovun təyinatını sentyabrın 1-də açıqlayıb. 40 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə istefa vermiş Adil Şükürovu əvəz edib.

2024/2025 mövsümünə çox uğursuz başlamış “Kəpəz” 5 turdan sonra xalsızdır və 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Seçilən
90
35
arena.az

10Mənbələr