Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisi qadınlardan ibarət “Neftçi” komandası I mərhələnin oyununa çıxıb. Matc.az xəbər verir ki, komanda Çempionlar yolunun II qrupu çərçivəsində Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunan görüşdə Avstriyanın “Sankt-Pölten” klubu ilə qarşılaşıb. Tskaltubo Texniki Mərkəzin stadionunda keçirilən matç Avstriya klubunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər oyununda isə “Vlajniya” (Albaniya) yerli “Lançxuti”ni (Gürcüstan) 3:0 hesabı ilə məğlub edib. Sentyabrın 7-də “Sankt-Pölten”lə “Vlajniya” finalda, “Neftçi” ilə “Lançxuti” isə üçüncü yer uğrunda matçda üz-üzə gələcəklər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta