AZ

Slovakiya - Azərbaycan matçının hakimləri bəllidir

UEFA Millətlər Liqasının II turunda keçiriləcək Slovakiya - Azərbaycan oyununun təyinatları bəlli olub.

Sportnet.az-ın məlumatına görə, qarşılaşma Polşadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Damian Silvestrjaka Pavel Sokolniçki və Adam Karaseviç kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını Martsin Koçanek yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 8-də təşkil olunacaq Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


Seçilən
3
12
sportnet.az

10Mənbələr