AZ

"Zirə"yə xəbərdarlıq, üç kluba cərimə

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, iclasda Misli premyer-liqasının 5-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Sumqayıt” – “Araz Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın5 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

“Şamaxı” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Şamaxı” 800 manat cərimələnib.

“Kəpəz” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Kəpəz” 800 manat cərimə edilib.

“Zirə” – “Qarabağ” oyununun 29-cu dəqiqəsində “Zirə”nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə”yə xəbərdarlıq edilib.

Seçilən
127
2
football-plus.az

6Mənbələr