AZ

Salyanda yol qəzası baş verib, ölən və xəsarət alanlar var

Salyanda

Salyan, 6 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Salyan rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində Kamran Həşimzadə ölüb, xəsarət alanlar - Əlihüseyn Həşimzadə, Mədinə Həşimzadə, Azər Əliyev və Dilbər Əliyeva Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Seçilən
91
50
azertag.az

10Mənbələr