AZ

Londondan şad xəbər: Dünya çempionu "Qarabağ"a qarşı oynaya bilməyəcək

"Tottenhem" Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunun "Qarabağ"la matçına ciddi itki ilə çıxacaq.

Publika.az xəbər verir ki, "mahmızlar"ın futbolçusu Kristian Romero Londonda keçiriləcək görüşü buraxacaq. 26 yaşlı müdafiəçi cəzalı olduğu üçün Ağdam təmsilçisi ilə qarşılaşmanı tribunadan izləməli olacaq. Bu barədə məşhur "The Standard" nəşri məlumat yayıb.

London təmsilçisinin vitse-kapitanı iki mövsüm əvvəl aldığı qırmızı vərəqəyə görə bu matçda iştirak edə bilməyəcək. O, 2022/2023 mövsümündə "Milan"la qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında (ilk oyun - 0:1) ikinci sarı vərəqəni alaraq meydandan qovulub. "Tottenhem" 2023/2024 mövsümündə avrokuboklarda yer almadığından Argentina millisi DÇ-2022-nin qalibi olan futbolçu cəzasını bu mövsüm çəkməli olacaq.

Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" matçı sentyabrın 26-da baş tutacaq. Görüşün start fiti saat 23:00-da veriləcək.

Seçilən
73
3
publika.az

8Mənbələr