AZ

Toyda qonağı ölümcül hala salan saxlanıldı

Göygöl rayonunda toyda düşən davaya görə cinayət işi başlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisə sentyabrın 11-nə keçən gecə Balçılı kəndində qeydə alınıb.

"Sərin" şadlıq sarayında Ağstafa rayon sakini, 1987-ci il təvəllüdlü Elbəyi Nəbiyev döyülüb. Hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ramiz Cəlilov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb.

İlkin məlumata görə, hadisə toyda musiqi sifarişi üstündə baş verib. Münaqişə zəminində Ramiz Elbəyinin başına yumruqla ağır zərbələr endirib. E.Nəbiyev kəllə-beyin travması ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
11
5
milli.az

6Mənbələr