“Turan Tovuz” həqiqətən yaxşı komandadır. Ancaq biz bu gün səviyyəmizdən aşağı çıxış etdik".
QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 6-cı turunda bu gün "Turan Tovuz"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis 2:2 hesabı ilə başa çatan matçı belə şərh edib: "Azarkeşlər maraqlı oyuna şahidlik etdilər. Bu gün bolqollu matç oldu. Oyundan əvvəl 3 xal qazanmaq istəyirdik, amma sonradan 1 xala görə də məmnunuq. Oyunçularıma daha çox topa sahib olmağı tapşırmışdım. Bəzi məqamlarda yaxşı çıxış etmədik. Biz təkcə müdafiəçini günahladıra bilmərik, ikinci qola qədər ardıcıl beş səhvə yol verdik”.