AZ

Qarabağ Regional DOST Mərkəzində Ambulator Reabilitasiya Mərkəzi fəaliyyətə başlayacaq - Vətən Naminə

">

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, mərkəzdə bölgədə yaşayan əlilliyi olan şəxslərə ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətləri göstəriləcək, eləcə də onların ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təminatı həyata keçiriləcək.

Məqsəd regionlarda əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının və vətəndaş məmnunluğunun artırılması, bərpa prosesində əldə edilən nəticələrin davamlılığının təmin edilməsi, regionlarda reabilitasiya infrastrukturunun gücləndirilməsidir.

Ambulator Reabilitasiya Mərkəzi – “RehaPoint”  infrastrukturunun yeni yaradılacaq regional DOST mərkəzləri üzrə genişləndirilməsi nəzərdə tutulur.

 

Qarabağ

Vətən Naminə Mətbuat Xidməti

Seçilən
89
3
vetennamine.az

2Mənbələr