AZ

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Son zamanlar Abxaziya separatçıları ilə Rusiya arasında maraqlı proseslər baş verir...

Politoloq: “Əslində Abxaziyada baş verən son hadisələr çox maraqlıdır, həm də təəccüb doğurur. Çünki Rusiya birdən-birə Abxaziya kimi strateji əhəmiyyətə malik olan ərazini itirməyi göz önünə alırsa, demək bunun arxasında ciddi bir razılaşma var”.

“Gürcüstan hakimiyyətinin kölgə başçısı, hakim partiyanın lideri Bdzina İvanaşvilinin verdiyi som açıqlamalar onu da deməyə əsas verir ki, Moskva ilə Tbilisi arasında tanınmamaış Abxaziya və Cənubi Ostiya Respublikaları ilə bağlı hansısa ciddi anlama var”.

Bu sözləri politoloq Samir Hümbətov Abxaziyada baş verən prosesləri Poliqon-a şərh edərkən qeyd.

Son zamanlar tanınmamış Abxaziya separatçıları arasında maraqlı proseslər baş verir. Rusiya Abxaziyanın maliyyələşdirilməsini dayandırıb və cavabında tanınmamış respublikanın rəhbərliyi Rusiya Hərbi Dəniz Donanmasının Abxaziya sularından çıxarılmasına qərar verib. Bəzi iddialara görə isə Abxaziya Türkiyə ilə yaxınlaşmağa can atır.

Abxaziyada baş verənləri necə şərh etmək olar və bu separatçı rejimlə bağlı nə baş verir? Bütün bunlar Rusiyanın Abxaziyanı Gürcüstana qaytarması planı ilə əlaqəli ola bilərmi?

Abxaziyada yaşanan hadisələri Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Bu anlaşma Gürcüstandakı seçkilərdən sonra həyata keçirilə bilər. Yəqin ki, Moskva seçkilərdən kimin qalib çıxmasını gözləyir”.

Hadisələrin gedişatı nəyin necə olacağını ortaya qoyacağını düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, ilin sonuna yaxın Gürcüstanın separatçıların nəzarətində olan ərazilərində maraqlı proseslərin şahidi olacağıq:

“Əslində Abxaziyada baş verən son hadisələr çox maraqlıdır, həm də təəccüb doğurur. Çünki Rusiya birdən-birə Abxaziya kimi strateji əhəmiyyətə malik olan ərazini itirməyi göz önünə alırsa, demək bunun arxasında ciddi bir razılaşma var.

Nəzərə alsaq lazımdır ki, Gürcüstan “Xarici Agentlər” haqqında qanunu qəbul edib. Hətta bütün etirazlara baxmayaraq bunun ratifikasiyası həyata keçirdi və tətbiq etməyə başladı. Bu da Qərbin Gürcüstan olan sosial, iqtisadi, siyasi dayaqlarını ciddi şəkildə zədələdi. Hətta, Gürcüstanla Qərb arasında soyuq münasibət yarandı.

Digər tərəfdən isə Gürcüstan hakimiyyətinin kölgə başçısı, hakim partiyanın lideri Bdzina İvanaşvilinin verdiyi som açıqlamalar onu da deməyə əsas verir ki, Moskva ilə Tbilisi arasında tanınmamaış Abxaziya və Cənubi Ostiya Respublikaları ilə bağlı hansısa ciddi anlama var və bu anlaşma Gürcüstandakı seçkilərdən sonra həyata keçirilə bilər. Yəqin ki, Moskva seçkilərdən kimin qalib çıxmasını gözləyir.

Samir Hümbətov: “Gürcüstanla çox yaxşı əlaqələri olan Türkiyə Sxinvalinin Tbilisiyə daha çox yaxınlaşmasına ancaq kömək edə bilər. Bu baxımdan düşünürəm ki, Ankaranın Abxaziyada mövqeyinin güclənməsi vəziyyətə ancaq kömək edə bilər”.

Ümumilikdə Rusiyanın Abxaziyanın maliyyələşməsinin dayandırmasının iki səbəbi ola bilər.

Birinci, Rusiyanın iqtisadi imkanlarının zəifləməsinə görə ola bilər.

İkincisisi isə, Rusiyanın bu məsələdə Gürcüstana güzəştə getmək istəyidir. Eyni zamanda, Rusiya bu proses ilə Gürcüstanı öz orbitində saxlamağa cəhd edə bilər.

Abxaziyanın Türkiyə ilə yaxınlaşması regional gücün dəyişməməsindən xəbər verir. Çünki Abxaziyanın Rusiyanın əlindən çıxıb Türkiyə ilə yaxınlaşması ümumilikdə regionda münasibətlərin həll olunması deməkdir. Digər tərəfdən isə Gürcüstanla çox yaxşı əlaqələri olan Türkiyə Sxinvalinin Tbilisiyə daha çox yaxınlaşmasına ancaq kömək edə bilər. Bu baxımdan düşünürəm ki, Ankaranın Abxaziyada mövqeyinin güclənməsi vəziyyətə ancaq kömək edə bilər və bu bütün tərəflərin marağını təmin edir.

Amma mən Rusiyanın rahatlıqla Dəniz Qüvvələrini Abxaziya ərazisindən çıxaracağını da düşünmürəm. Rusiyanın Qara Dəniz Donanmasının əsas hissəsinin Abxaziyada olduğu və hətta, 3-4 min əsgərinin Donanmada xidmət etməsi ilə bağlı da məlumatlar var.

Hər halda hadisələrin gedişatı nəyin necə olacağını ortaya qoyacaq. İlin sonuna yaxın Gürcüstanın separatçıların nəzarətində olan ərazilərində maraqlı proseslərin şahidi olacağıq”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
133
22
poliqon.info

10Mənbələr