AZ

Livanda yeni partlayışlar dalğası, ölən və yaralananlar var

Al Hadath telekanalı xəbər verir ki, Livanda yeni partlayış dalğası litium-ion batareyaları olan telefonlar və digər cihazlara da təsir edib.

Təkcə rasiyalar deyil, həm də məişət texnikası və digər elektronika: radiolar, barmaq izi skanerləri, elektron kilidlər, günəş panelləri və iPhone-lar partlayır.

Hizbullah buna cavab olaraq İsrailin Kiryat Şmona şəhərinə 20-yə yaxın raket atıb. Raketlərin bəziləri İsrail hərbçiləri tərəfindən vurulub.

Partlayışlarının yeni dalğası nəticəsində ölənlərin sayı 9-a çatıb, 300-dən çox insan yaralanıb, ölkənin Səhiyyə Nazirliyi bildirib.

Seçilən
40
anspress.com

1Mənbələr