5 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kristal Bakı” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.
Bu barədə Fins.az-a BFB-dan məlumat verilib.
Qeyd olunan səhmlərin Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 18 sentyabr 2024-cü il tarixində yekunlaşıb.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"Kristal Bakı” ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ1001022255 |
|
Səhmlərin növü və forması |
Səhm adi, sənədsiz, adlı |
|
Ticarət üsulu/forması |
Kütləvi/Abunə yazılışı |
|
Səhmlərin sayı |
990,000 (ədəd) |
|
İlkin ticarət qiyməti |
1 manat |
|
Buraxılış həcmi |
990,000 manat |
|
Hərrac qiyməti |
1manat |
|
Reallaşdırılmış həcm |
990,000 manat |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
990,000 manat |
|
İnvestor sayı |
3 |
|
Sifariş sayı |
3 |
|
Anderrayter |
“Assist Finance İ.Ş” ASC |
Zemfira Ms
Fins.az