AZ

Sərbəst güləşçisi Musa Ağayev bürünc medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Musa Ağayev Qazaxıstanın Atırau şəhərində keçirilən “Oil Capital Cup” turnirində bürünc medal qazanıb.

65 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda gürcüstanlı Luka Caneraşvili üzərində inamlı qələbə (11:0) qazansa da, yarımfinalda yerli güləşçi Mais Əliyevə (2:13) məğlub olub.

Bürünc uğrunda döyüşdə M.Ağayev Qazaxıstan idmançısı Beka Jaksilikovu məğlub edib (5:1).

Qeyd edək ki, bu gün turnirdə Kənan Heybətov (70 kq) və Əşrəf Aşırov (79 kq) mübarizəyə çıxacaq.

Seçilən
14
anspress.com

1Mənbələr