"İnter"in müdafiəçisi Alessandro Bastoni zədələnib.
Bizim.Media İtaliya mətbuatına istinadən xəbər verir ki, o, İtaliya millisinin məşqi zamanı sıradan çıxıb.
Bu səbəbdən futbolçu Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Şimali Makedoniya və Ukraynaya qarşı oyunları buraxacaq.
Bastoni ən yaxşı halda 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Ona görə də Alessandro A seriyasında "Yuventus" - "İnter" matçında iştirak edə bilməyəcək. Bu oyun noyabrın 26-da keçiriləcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta