AZ

Aİ İtaliyanın daşqınlardan zərər çəkmiş regionlarına 446 milyon avro ayırır

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) İtaliyanın 2023-cü ildə sel və daşqınlardanzərər çəkmiş Emiliya-Romaniya və Toskana regionlarına, ümumilikdə,446,6 milyon avro yardım ayırıb.

Trend xəbər verir ki, maliyyəresursu Avropa Həmrəylik Fondundan ayrılıb. İtaliyanın iki regionumüvafiq olaraq 378,83 milyon avro və 67,81 milyon avro yardımalacaq.

Maliyyə yardımı keçən il Sloveniya, Avstriya, Yunanıstan vəFransada baş vermiş təbii fəlakətlərin fəsadlarının aradanqaldırılması üçün nəzərdə tutulan 1 milyard avroluq paketin birhissəsidir. Avropa Şurası maliyyə yardımını təsdiq etdikdən vəqərar qüvvəyə mindikdən sonra vəsait müvafiq ölkələrəödəniləcək.

Xatırladaq ki, İtaliyanın şimalında ötən ilin mayında şiddətlileysan yağışlarından sonra baş verən sel və daşqınlar nəticəsində14 nəfər həlak olmuşdu. Kənd təsərrüfatı, fermalar, yarasız haladüşən avtomobil yolları və turizm sektoru daxil olmaqla dəymişziyan 5 milyard avro təşkil edib.

Seçilən
152
50
az.trend.az

10Mənbələr