AZ

Hindistanın məşhur şahmatçısı Şuşaya gəlməyəcək

Hindistan şahmatçısı Vidit Santoş Qucrati ilk dəfə Şuşada keçiriləcək Vüqar Həşimov Memorialında iştirak edə bilməyəcək.

Prosport.Az xəbər verir ki, 30 yaşlı qrosmeysteri həmyerlisi Aravind Çitambaram əvəzləyəcək. Dəyişikliyin hansı səbəbdən baş verdiyi bəlli deyil.

Daha əvvəl polşalı şahmatçı Yan Kşiştof Dudanın səhhətindəki problemə görə yarışa qatıla bilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, turnirdə ümumilikdə 8 şahmatçı mübarizə aparacaq. Qrosmeysterlər rapid və blits növündə mübarizə aparacaqlar.

Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, AŞF-nin təşkilatçılığı ilə keçiriləcək Vüqar Həşimov Memorialı sayca 10-cu dəfə baş tutacaq. Ənənəvi yarışa əvvəlki illərdə Şəmkir, Bakı və Qəbələ ev sahibliyi edib.

Seçilən
60
1
prosport.az

4Mənbələr