AZ

Ermənistan bizə pul kompensasiyası yerinə torpaq verə bilər

Tofiq Zülfüqarov nəzərə çatdırıb ki, əgər birbaşa danışıqlar olarsa, ərazi kompensasiyası da daxil olmaqla, müxtəlif qərarlar qəbul oluna bilər:

“Təzminat məsələsi beynəlxalq məhkəmələr vasitəsi ilə həllini tapacaqsa, digər variantlar mümkün olmayacaq. Yəni beynəlxalq məhkəmələr yalnız hansısa məbləğdə təzminatla bağlı qərar qəbul edə bilər.

Əgər təzminat məbləğinin ödənişi mümkün olmayacaqsa, ikinci mərhələdə Ermənistan müxtəlif variantları təklif edə bilər. Başqa sözlə, Ermənistan görsə ki, tələb olunan təzminat məbləği böyükdür, danışıqlar vasitəsi ilə torpaq kompensasiyası gündəmə gələ bilər.

Beynəlxalq təcrübədə ərazi məsələsi ilə əlaqədar danışıqlar olub. Məsələn, Uzaq Şərqdə dənizə çıxış əldə etmək istəyən Çin SSRİ-yə hansısa torpaqları dəyişmək təklifi verirdi. Yəni beynəlxalq təcrübədə belə hallar var. Amma öncə bu mövzu gündəmə gətirilməlidir”.

Seçilən
57
12
anspress.com

9Mənbələr